Almaniya klubu "Barış"ı dəstəkləyən Şahinlə müqaviləyə xitam verdi

22 Noyabr 2019 01:38 Almaniya 831
Almaniya klubu "Barış"ı dəstəkləyən Şahinlə müqaviləyə xitam verdi

“Sankt Pauli” türkiyəli futbolçusu Enver Cenk Şahinlə müqaviləni ləğv edib. Sportinfo.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Amma detallar barədə ətraflı məlumat verilməməsi qərara alınıb. Enver Cenk Şahin Türkiyə ordusunun Suriya ilə sərhəddə apardığı hərbi əməliyyatlara dəstək göstərdiyi üçün Almaniyada böyük təzyiqlərlə üzləşmişdi.

25 yaşlı türkiyəli yarımmüdafiəçi “İnstaqram” hesabında “Barış pınarı” hərəkatına dəstək mesajı paylaşmış, bu isə klub rəhbərliyi, xüsusilə də komandanın azarkeşləri tərəfindən sərt qarşılanmışdı. Bir neçə günlük müzakirələrdən sonra onun komandadan uzaqlaşdırılmasına qərar verilmişdi.

Oyunlarda və məşqlərdə iştirak etmək hüququndan məhrum edilən 25 yaşlı yarımmüdafiəçi isə Türkiyəyə qayıtmaq məcburiyyətində qalmışdı. Enver Cenk Şahin də formada qalmaq üçün yetirməsi olduğu “Başakşəhər”in düşərgəsində məşqlər edirdi. Türkiyəli futbolçunun “Sankt Pauli” ilə müqaviləsinin müddəti 2021-ci ilin yayında bitməli idi.

Digər Xəbərlər
Xəbər Lenti