Klub prezidenti postundan getdi - 40 ildən sonra

16 Noyabr 2019 09:42 Almaniya 1 380
Klub prezidenti postundan getdi - 40 ildən sonra

“Bavariya”nın prezidenti Uli Höness postundan gedib. Sportinfo.az xəbər verir ki, 40 il idi Münhen təmsilçisində çalışan Uli Hönessi “Adidas” şirkətinin İdarə Heyətinin sədri, həmçinin klubun Nəzarət Şurasında yer alan Herbert Hayner əvəz edib.

Höness ilk dəfə 2009-cu ildə “Bavariya”nın prezidenti seçilib. 2014-cü ildə vergidən yayındığı üçün həbs olunan futbol funksioneri vəzifəsindən məcburi kənarlaşdırılsa da, 2 il sonra yenidən prezident olmuşdu. Höness ümumilikdə isə 40 il idi Münhen klubunda çalışırdı.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM