Nazarovun komandası baş məşqçisi ilə yollarını ayırdı

6 Noyabr 2019 23:38 Almaniya 589
Nazarovun komandası baş məşqçisi ilə yollarını ayırdı

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Ertsgebirge” baş məşqçisi Daniel Meyer ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Onun köməkçisi olan qardaşı Andre Meyer də komandadan göndərilib.

Daniel Meyer 2018-ci ilin iyunundan “Ertsgebirge”yə rəhbərlik edir. Komanda hazırda Almaniyanın II Bundesliqasında 19 xalla 4-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti