“Bavariya”nın siyahısındakı dörd namizəd

5 Noyabr 2019 14:59 Almaniya 678
“Bavariya”nın siyahısındakı dörd namizəd

“Bavariya” baş məşqçi postuna namizədlərin siyahısını tərtib edib. Sportinfo.az xəbər verir ki, Münhen klubunun siyahısında 4 mütəxəssisin adı var. “Ayaks”ın baş məşqçisi Erik ten Haq siyahıda ilk sıradadır.

İkinci yerdə Leyptsiq"in sabiq çalışdırıcısı Ralf Ranqinqdir. Digər 2 mütəxəssis isə Massimiliano Alleqri ilə Arsen Vengerdir. Bu məşqçilərin hər ikisi hazırda işsizdir. Erik ten Haq artıq “Bavariya”ya öz fikrini bildirib. O deyib ki, “Ayaks”ı tərk etmək niyyətində deyil.

Məlumata görə, qarşıdakı 2 oyunda “Bavariya”nı meydana Hans-Diter Flik çıxaracaq. Əgər nəticələr qənaətbəxş olsa, onda o, qış fasiləsinə qədər komandanı çalışdıracaq. “Bavariya” qarşıdakı 2 oyunda evdə “Olimpiakos” və Dortmund “Borussiya”sını qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!