"Bavariya" italyan məşqçi gətirir

4 Noyabr 2019 10:52 Almaniya 1 104
"Bavariya" italyan məşqçi gətirir

Niko Kovaçla yollarını ayırmağa hazırlaşan "Bavariya" yeni baş məşqçi axtarışlarına başlayıb.

Sportinfo.az "Bild"-ə istinadən xəbər verir ki, Münhen təmsilçisi bir neçə gündür Massimiliano Alleqri ilə danışıq aparır. Məlumata görə, "Yuventus"un sabiq çalışdırıcısı alman klubunda işləməyə razılıq verib.

Almaniya Bundesliqasında 10 turdan sonra 4-cü pillədə qərarlaşan "Bavariya" ötən gün “Ayntraxt”a 1:5 hesabı ilə uduzub. Məhz bu uğursuzluqlardan sonra Münhen klubunun rəhbərliyi Alleqri ilə tez bir zamanda razılığa gələrək onu baş məşqçi postuna gətirmək istəyir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM