Klopp Almaniya millisində işləmək istəyir?

10 Oktyabr 2019 12:07 Almaniya 579
Klopp Almaniya millisində işləmək istəyir?

Yurgen Klopp 2022-ci ildə Almaniya milli komandasının sükanı arxasına keçə biləcəyi ilə bağlı xəbərə münasibət bildirib. Sportinfo.az "Bild"ə istinadən xəbər verir ki, 3 ildən sonra məşqçinin "Liverpul"la müqaviləsi başa çatacaq. Klopp bu xəbəri nə təsdiq, nə də təkzib edib:

"Bu məsələ ilə bağlı heç nə deyə bilmərəm. Bu işdə çalışmaq istərdim? Düzü, bilmirəm. Əgər söhbət bu gündən gedirsə, hazırda belə arzum yoxdur. İndi olduğum yerdə xoşbəxtəm. Həm də tam əmin deyiləm ki, millidə işləmək üçün 100 faiz doğru seçiməm. Gələcəkdə bir daha bu məsələ gündəmə gəlsə, düşünərəm. Amma indi yox".

Klopp 2015-ci ildən "Liverpul"un sükanı arxasındadır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı