COP29

"Azərbaycanlı hücumçu üçün darıxırıq" - Almaniyalı baş məşqçisi

27 Aprel 09:00 Almaniya 845
"Azərbaycanlı hücumçu üçün darıxırıq" -  Almaniyalı baş məşqçisi

“Dinamo”nun (Berlin) baş məşqçisi Dirk Kunert Almaniyanın Şimal-Şərq Regional Liqasında mövsümün həlledici dönəmindən danışıb.

Sportinfo.az xəbər verir ki, “rbb24” portalına danışan mütəxəssis xüsusilə Berlin klubunun zədəli futbolçularının, o cümlədən, azərbaycanlı hücumçu Rüfət Dadaşovun çatışmazlığının özünü biruzə verdiyini qeyd edib:

"Əlbəttə, zədələr son nəticələr üçün bəhanə ola bilməz. Çünki bu, futbolun bir hissəsidir.

Amma belə həlledici məqamda oyunçuların sıradan çıxmasını görmək məyusedicidir. Bunlar bizim oyunumuzu təşkil edən vacib oyunçular, liderlərdir.

Biz onlar üçün darıxırıq. Digər oyunçular indi öz tapşırıqlarını yerinə yetirməli və zədəli oyunçuların yoxluğunu kompensasiya etməlidirlər".

Dadaşov dizindən aldığı zədə səbəbindən mövsümün sonuna kimi yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.

"Dinamo" Almaniya 3-cü Liqasına vəsiqə uğrunda mübarizə aparır və hazırda liderdən 4 xal geri qalaraq 57 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 18:50 Çək və bizə göndər!
14 İyun 08:40 "Neftçi", EFA, ASTA...