“Bu, yalandır! Bir çox variantı var, biz hələ heç kimlə razılaşmamışıq”

17 Noyabr 2024 01:30 Almaniya 849
“Bu, yalandır! Bir çox variantı var, biz hələ heç kimlə razılaşmamışıq”

“Bayern”in müdafiəçisi Alfonso Deyvisin maraqlarını təmsil edən agenti Nedal Huose müştərisinin “Real”a keçəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Sportinfo.az “sport.es”-ə istinadən xəbər verir ki, kanadalı futbolçunun agenti bunun yalan olduğunu deyib:

“Bu, yalandır. Deyvisin bir çox variantı var, lakin biz hələ heç kimlə razılaşmamışıq.

“Bayern”lə yeni müqavilə? Bu, mümkün variantlardan biridir”.

Deyvisin Münhen klubu ilə hazırkı müqaviləsi gələn ilin yayında başa çatacaq. O, cari mövsümdə “Bayern”in heyətində 15 oyun keçirib, 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi