Kənan daha bir qızıl qazandı - Zaqrebdə keçirilən Qran-pridə

04:10 Cüdo 35
Kənan daha bir qızıl qazandı - Zaqrebdə keçirilən Qran-pridə

Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirinin qalibi olub.

Sportinfo.az xəbər verir ki, turnirdə 4 qarşılaşmada qalib gələn Nəsibov həlledici görüşdə almaniyalı Losseni Koneni üstələyib.

Bununla da, Zaqreb Qran-Prisini 2-ci dəfə qalib kimi başa vurub. Kənan Nəsibov ilk dəfə 2025-ci ildə Zaqreb Qran-Prisinin qalibi olub.

Eyni çəki dərəcəsində mübarizə aparan digər təmsilçimiz Uşanqi Kokauri isə yarımfinalda aldığı zədə səbəbindən bürünc medal görüşünə çıxmayıb və turniri beşinci yerdə tamamlayıb.

O, ötən ay U-23 dünya çempionatında qızıl medal qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
16 Noyabr 18:10 Çək və bizə göndər!
16 Noyabr 03:00 Ondan da boşandı - FOTO