“Mən buna görə məyusam, içimdə bir qədər boşluq hiss edirəm”

02:20 Sabah 42
“Mən buna görə məyusam, içimdə bir qədər boşluq hiss edirəm”

“Ən azı heç-heçə edə bilərdik. “Borussiya” dünyanın ən yaxşı komandalarından biridir.

Onlar çoxlu qol imkanları yaradırlar, amma bizim də yaxşı fürsətlərimiz oldu. Təəssüf ki, bundan yararlana bilmədik və sonda məğlub olduq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın müdafiəçisi Timoteuş Puxaç deyib.

Polşalı futbolçu Dortmund təmsilçisi ilə matçda hesab 1:2 olarkən bərabərlik qolunu vurmaq imkanlarının olduğunu vurğulayıb:

“Belə səviyyəli oyunlarda rəqibin qol imkanları yaratması təbiidir. Lakin hesab 1:2 olarkən heç-heçə etmək şansımız var idi.

Velko Simiçin və Patrik Mbinanın qol imkanları oldu. Buna görə də məyusam.

İçimdə bir qədər boşluq hiss edirəm. Çünki sonda qazanacağımız bir xal bizim üçün çox vacib ola bilərdi”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Noyabr 18:10 Çək və bizə göndər!
16 Noyabr 03:00 Ondan da boşandı - FOTO