“Naxçıvan” və “Sumqayıt” qalib gəlməyi bacardı

03:20 Basketbol 40
“Naxçıvan” və “Sumqayıt” qalib gəlməyi bacardı

Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.

Bakı İdman Sarayında baş tutan NTD - "Naxçıvan" görüşündə Naxçıvan təmsilçisi 84:56 hesablı qələbə qazanıb.

Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən matçda isə "Sumqayıt" "Ordu"nu 123:88 hesabı ilə məğlub edib.

VII turun əvvəlki oyunlarında "Sabah" "Neftçi"ni (93:78), "LANDAU Lions" "Gəncə"ni (85:62) məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Noyabr 18:10 Çək və bizə göndər!
16 Noyabr 03:00 Ondan da boşandı - FOTO