Almaniya Niderlanda 5 qol vurdu - Millətlər Liqasında SÜRPRİZ NƏTİCƏLƏR

02:00 Dünya futbolu 57
Almaniya Niderlanda 5 qol vurdu - Millətlər Liqasında SÜRPRİZ NƏTİCƏLƏR

Millətlər Liqasında qrup mərhələsinin 6-cı turu davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün 6 qrupda ümumilikdə 10 matç keçirilib.

A Liqasında Almaniya Niderlandı darmadağın edib. Serbiya isə səfərdə Yunanıstana uduzub.

Azərbaycan millisinin mübarizə apardığı D Liqasının 2-ci qrupunda Litva Lixtenşteynlə üz-üzə gəlib.

Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşlb. Yığmamız sözügedən oyununun nəticəsindən asılı olmayaraq, qrupu birinci yerdə başa vurub.

Yeni mövsümdən etibarən Millətlər Liqasında D Liqası ləğv olunacaq.

Odur ki, Azərbaycan millisi də daxil olmaqla, bu liqada yarışan bütün komandalar növbəti mövsüm UEFA Millətlər Liqasının yeni formatda keçiriləcək C Liqasında mübarizə aparacaqlar.

A Liqası

Qrup 2

Almaniya - Niderland - 5:0

Qollar: Şerhant, 41, Virtz, 60; 71, Şlotterbek, 65, Qruda, 77

Yunanıstan - Serbiya - 1:0

Qol: Masouras, 69

B Liqası

Qrup 1

Şimali Makedoniya - Sloveniya - 0:3

Qollar: Şturm, 29; 90+1, Zek, 66

İsveçrə - Şotlandiya - 4:0

Qollar: Ferqyusson, 22-avtoqol, Boteli, 47, Sançes, 51, Amdouni, 89

C Liqası

Qrup 3

Farer adaları - Moldova - 1:0

Qol: Samuelsen, 24

Qazaxıstan - Slovakiya - 2:2

Qollar: Çesnokov, 29 (1:0), Bozenik, 56 (1:1), Voroqovski, 65 (2:1), Kapralik, 90+5 (2:2)

Qrup 4

Estoniya - Bolqarıstan - 2:1

Qollar: Kristal, 8 (1:0), Kovaçev, 45+1 (1:1), Palumets, 60 (2:1)

İslandiya - Lüksemburq - 3:0

Qollar: Villumsson, 25, Qudyonsen, 37-pen., Ellertsson, 50

D Liqası

Qrup 1

Cəbəllütariq - Malta - 1:1

Qollar: Şou, 19 (0:1), Riçards, 81 (1:1)

Qrup 2

Litva - Lixtenşteyn - 2:1

Qollar: Yankauskas, 16 (1:0), Ruzgis, 50-pen. (2:0), Sele, 60 (2:1)

Digər Xəbərlər
Xəbər Lenti
16 Noyabr 18:10 Çək və bizə göndər!
16 Noyabr 03:00 Ondan da boşandı - FOTO