COP29

“Ona 2026-cı ilə qədər bu klubda qalmağı məsləhət görürəm"

2 Sentyabr 01:30 Almaniya 469
“Ona 2026-cı ilə qədər bu klubda qalmağı məsləhət görürəm"

Almaniya millisinin və “Bayern”in sabiq futbolçusu Lotar Matteus “Bayer”in yarımmüdafiəçisi Florian Virtsə gələcək karyerası ilə bağlı məsləhət verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı futbolçu haqda bunları söyləyib:

“Virts 2026-cı il dünya çempionatına yaxşı hazırlaşmalıdır. Bunu yeni bir klubda deyil, tanış mühitdə etmək daha asan olacaq.

Ona 2026-cı ilə qədər “Bayer”də qalmağı məsləhət görürəm. Onda onun cəmi 23 yaşı olacaq və onu qarşıda karyerasının daha on ili gözləyir”.

21 yaşlı yarımmüdafiəçi 2023/24 mövsümündə Leverkuzen klubunda 49 oyun keçirib, 18 qol vurub və 20 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti