Almaniya hücumçu ilə 4 illik müqavilə bağladı - Premyer Liqa klubu

6 Avqust 2024 00:10 Almaniya 910
Almaniya hücumçu ilə 4 illik müqavilə bağladı - Premyer Liqa klubu

“Vest Hem” Almaniya millisinin hücumçusu Niklas Füllkruqu transfer edib.

Sportinfo.az Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “çəkicdöyənlər” 31 yaşlı forvardla 4 illik müqavilə bağlayıb.

Bu transfer ingilislərə 26 milyon avroya başa gəlib.

Ötən mövsümü ölkəsinin “Borussiya” (Dormund) komandasında keçirən Füllkruq meydana çıxdığı 46 oyunda 16 qol vurub. O, Almaniyada keçirilən Avropa çempionatında 5 matçda 2 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!
15 Dekabr 08:30 Zamiq oynadı, uddular