Xabi Alonso ilə anlaşmasa, sükanı ona tapşıracaq - "Bayern"

26 Mart 00:10 Almaniya 220
Xabi Alonso ilə anlaşmasa, sükanı ona tapşıracaq -

“Brayton”un baş məşqçisi Roberto De Zerbi “Bayern”in “sükanı arxasına” keçmək üçün əsas favoritlərdən biridir.

Münhen klubu Xabi Alonso (“Bayer”) ilə razılığa gələ bilməsə, italiyalı mütəxəssisin namizədliyini gözdən keçirəcək.

Sportinfo.az xəbər verir ki, De Zerbi “Bayern”in onunla maraqlandığı barədə məlumatlandırılsa da, hələ ki, gələcəyi ilə bağlı yekun qərar verməyib.

44 yaşlı De Zerbi 2022-ci ilin payızından “Brayton”a rəhbərlik edir. Onun komandası İngiltərə Premyer Liqasının cari mövsümündə 28 turdan sonra 42 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

“Bayern”ə hazırda cari mövsümün sonunda Almaniya klubunu tərk edəcək Tomas Tuxel rəhbərlik edir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"