COP29

Almaniya millisinin əsas qapıçısı o olacaq - AÇ-2024-də

3 Dekabr 2023 17:20 Almaniya 666
Almaniya millisinin əsas qapıçısı o olacaq - AÇ-2024-də

Almaniya millisinin məşqçilər heyəti 2024-cü ildə keçiriləcək Avropa çempionatında əsas qapıçı kimi “Barselona”nın qolkiperi Mark-Andre ter Ştegeni yox, “Bayern”in üzvü Manuel Noyeri görür.

Sportinfo.az xəbər verir ki, Noyerin uzun müddət ciddi zədədən sağalmasına baxmayaraq, baş məşqçi Yulian Naqelsman hələ də almaniyalı qolkiperi millinin bir nömrəsi hesab edir.

37 yaşlı futbolçu daha əvvəl Almaniya yığmasındakı karyerasını bitirmək fikrində olmadığını açıqlayıb.

Noyer bu mövsüm zədəsini sağaltdıqdan sonra bütün turnirlərdə 7 matçda iştirak edib, onların dördündə qapını toxunulmaz saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"