"Onlar eyni anda meydanda olanda, bir-birlərinə mane olurlar"

20 Noyabr 2023 01:10 Almaniya 395
"Onlar eyni anda meydanda olanda, bir-birlərinə mane olurlar"

"Bavariya" və Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus hesab edir ki, İlkay Gündoğan və Coşua Kimmixin eyni vaxtda meydanda olması yığma üçün zərərlidir.

Sportinfo.az xəbər verir ki, “Bild”ə danışan veteran futbolçu adıçəkilən futbolçulardan yalnız birinin meydanda olmasının uğurlu ola biləcəyini deyib:

"Dünya çempionatında gördük ki, Gündoğan və Kimmix birlikdə “altı nömrə” mövqeyində oynaya bilmir.

Çünki onlar çox oxşardırlar. Bəli, hər ikisi dünya səviyyəli futbolçulardır.

Lakin bu qədər yaxın olanda bir-birinə mane olurlar. Bu mənada, hər ikisi eyni anda meydandadırsa, bir-birinə mane olurlar.

Düşünürəm ki, onlardan biri Paskal Qros və ya Leon Qoretska ilə tandemdə olmalıdır".

Almaniya millisi yoldaşlıq görüşündə Türkiyə millisinə 2:3 hesabı ilə uduzmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"