Bu cür çempionluq “hədiyyə”sini kim qəbul etməz?

27 May 2023 21:20 Almaniya 825
Bu cür çempionluq “hədiyyə”sini kim qəbul etməz?

Almaniya Bundesliqasında 2022/2023 mövsümünün qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, “Bavariya” son turda səfərdə “Köln”ü məğlub edərək (2:1) çempion olub.

Münhenlilərə çempionluğu gətirən qolları Kinqsli Koman və Camal Musiala vurublar. Bu tura qədər lider olan “Borussiya”(Dortmund) isə öz meydanında “Maynts”la qollu heç-heçə edib - 2:2.

Hər iki komandanın 71 xalı olsa da, daha yaxşı top fərqinə “Bavariya” qızıl medalları qazanıb, “Borussiya” gümüş medallarla kifayətlənib.

Üçüncü yeri isə “Leyptsiq” tutub. “Union Berlin”” Çempionlar Liqasına sonuncu vəsiqəni əldə edib. “Frayburq” Avropa Liqası, “Bayer”(Leverkuzen) isə Konfrans Liqasına vəsiqə qazanıb.

“Şalke” və “Herta”(Berlin) elita ilə vidalaşıblarsa, “Ştuttqart” Bundesliqada yerini qorumaq üçün pley-off oynayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk