Məşhur klub dünya çempionu ilə müqaviləni yeniləmədi

30 May 2022 21:40 Almaniya 474
Məşhur klub dünya çempionu ilə müqaviləni yeniləmədi

"Bavariya" Korenten Tolisso ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, fransalı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

2017-ci ildən Münhen təmsilçisində çıxış edən 28 yaşlı oyunçu 5 dəfə Bundesliqa çempionu, 1 dəfə Çempionlar Liqasının, 2 dəfə isə ölkə kubokunun qalibi olub.

Tolisso həmçinin Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionluğunu qazanıb.

O, "Bavariya"da 118 oyuna 21 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti