"Borussiya" qonaqlara 5 qol vurdu - VİDEO

15 Yanvar 2022 18:20 Almaniya 710
"Borussiya" qonaqlara 5 qol vurdu - VİDEO

Almaniya Bundesliqasında 19-cu tura start verilib.

Sportinfo.az xəbər verir ki, açılış matçında "Borussiya" doğma meydanda "Frayburq"u qəbul edib.

Qarşılaşma Dortmund təmsilçisinin 5:1 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 40-a yüksəldən "Borussiya" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 30 xalı olan "Frayburq" isə 4-cü yerdədir.

"Borussiya" - "Frayburq" 5:1

Qollar: Tomas Mönye, 14, 29, Erlonq Haaland, 45+1, 75, Mahmud Dahud, 86 - Ermedin Demiroviç, 61

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?