Məşhur klubun məşqçisi və dörd futbolçusu koronavirusa yoluxdu

2 Yanvar 2022 00:00 Almaniya 807
Məşhur klubun məşqçisi və dörd futbolçusu koronavirusa yoluxdu

"Bavariya"nın 4 futbolçusu koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bunlar qapıçı Manuel Noyer, müdafiəçi Omar Riçards, yarımmüdafiəçilər Kinqsli Koman və Korenten Tolissodur.

Habelə, baş məşqçinin köməkçisi Dino Topmöllerdə infeksiya aşkarlanıb. Yoluxanların özlərini yaxşı hiss etdikləri və evdə təcrid olunduqları bildirilir.

"Bavariya" Bundesliqanın XVIII turunda "Borussiya" (Mönxenqladbax) komandasını qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM