Adlı-sanlı qonaqlar ev sahiblərinə "toy tutdu" - VİDEO

15 Dekabr 2021 10:00 Almaniya 444
Adlı-sanlı qonaqlar ev sahiblərinə "toy tutdu" - VİDEO

Almaniya Bundesliqasında XVI tura start verilib.

Sportinfo.az xəbər verir ki, açılış matçında lider "Bavariya" "Ştutqart"ın qonağı olub. “

Mercedes-Benz Arena”da keçirilən qarşılaşma Münhen təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqların heyətində qolları 40-cı, 53-cü və 74-cü dəqiqələrdə Serj Qnabri, 69-cu və 72-ci dəqiqələrdə isə Robert Levandovski vurub.

Sonuncu polşalı hücumçunun 2021-ci ildə ölkə çempionatında 42-ci qolu olub.

33 yaşlı forvard bu göstərici ilə Almaniya millisinin və "Bavariya"nın sabiq futbolçusu Gerd Müllerin rekordunu (bir təqvim ilində vurulan qolların sayına görə - E.S) təkrarlayıb.

"Bavariya" 16 turdan sonra 40 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. 17 xalı olan "Ştutqart" isə 15-ci sırada yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti