”Adı danışılmış oyunlarda hallanan hakimə təyinat verilir, bundan artıq nə gözləyirsiz?”

13 Dekabr 2021 12:20 Almaniya 664
”Adı danışılmış oyunlarda hallanan hakimə təyinat verilir, bundan artıq nə gözləyirsiz?”

Sportinfo.az xəbər verir ki, “Borussiya” (Dortmund) klubunun futbolçusu Cud Bellingem cərimələnib.

İngilis yarımmüdafiəçi Bundesliqanın 14-cü turunda “Bayern”ə uduzduqları (2:3) oyundan sonra hakimlərlə bağlı danışdığı üçün 40 min avro məbləğində cərimələnib. Bu barədə Almaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bellingem “Bayern”lə matçdan sonra baş hakim Feliks Zvayer haqda mübahisəli penalti təyin etdiyi üçün bunları deyib:

“Qərarlarla razı deyiləm. Oyunda verilən qərarlara baxa bilərsiz. Almaniyadakı ən böyük oyuna daha əvvəl adı danışılmış oyunlarda hallanan bir hakim verilir, bundan artıq nə gözləyirsiz?”

Digər Xəbərlər
Xəbər Lenti