Almaniyanın Bundesliqasının XIV turunda Dortmund "Borussiya"sı ilə "Bavariya" üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, "Siqnal İduna Park" stadionunda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2.
Hesabı 5-ci dəqiqədə meydan sahiblərindən Yulian Brandt açıb. Bundan 4 dəqiqə sonra Robert Levandovski bərabərlik qolunu vurub.
44-cü dəqiqədə Kinqsli Koman "Bavariya"nın ikinci qoluna imza atıb. 48-ci dəqiqədə Erlinq Holann "Borussiya"nın aktivinə ikinci topu yazıb
. Lakin 77-ci dəqiqədə Levandovski penaltidən yararlanaraq, yekun nəticəni müəyyənləşdirib.
Bununla da xalını 34-ə çatdıran lider "Bavariya" Dortmund "Borussiya"sını 4 xal geridə qoyub.

