FOTO - 2021-ci ilin ən yaxşı futbolçusu seçildi: Levandovski

23 Noyabr 2021 12:00 Almaniya 625
FOTO - 2021-ci ilin ən yaxşı futbolçusu seçildi: Levandovski

Polşa millisinin və "Bavariya"nın hücumçusu Robert Levandovski 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı forvard "Tuttosport" nəşrinin versiyasına əsasən bu ada yiyələnib.

O, veteran oyunçuların səsverməsi nəticəsində qalib elan olunub. Səsvermədə Pavel Nedved, Andrey Şevçenko, Lotar Matteus, Xristo Stoiçkov, Samuel Eto O, Alessandro Kostakurta və Ruy Koşta kimi ulduz futbolçular iştirak ediblər.

İkinci yeri "Çelsi"nin italiyalı yarımmüdafiəçisi Jorjinyo tutub. Argentina yığmasının və Fransa PSJ-sinin forvardı Lionel Messi isə 3-cü olub.

Digər Xəbərlər
Xəbər Lenti