“Barselona”da 4 futbolçu “qaralayıb" - “Bavariya” pusquda -

11 Oktyabr 2021 15:20 Almaniya 735
“Barselona”da 4 futbolçu “qaralayıb" - “Bavariya” pusquda -

Sportinfo.az xəbər verir ki, “Barselona”da maliyyə durumunun acınacaqlı olması, bir çox klubların iştahasını artırıb.

Avropanın nəhəng klubları hesab edirlər ki, maliyyə çətinliyi “Barsa”nı aparıcı futbolçularını satmağa məcbur edəcək. Pusquda duran klublardan biri də “Bavariya”dır. Münhenə nəhəngi “Barsa”nın 4 futbolçusunu gözaltı edib.

“Bavariya” “Barsa”nın qapıçısı Mark-Andre Ter Ştegen, müdafiəçisi Sercino Destan və yarımmüdafiəçiləri Frank de Yonqla Pedriyə maraq göstərir.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Barselona” “Bavariya”ya böyük hesabla məğlub olub – 0:3.

Digər Xəbərlər
Xəbər Lenti