"Kimsə narahat olmasın, onun yerinə yenə güclü hücumçu tapacağıq"

30 Sentyabr 2021 10:20 Almaniya 592
"Kimsə narahat olmasın, onun yerinə yenə güclü hücumçu tapacağıq"

Dortmund "Borussiya"sının idarə heyətinin sədri Hans-Yoahim Vatske komandanın hücumçusu Erlqin Holand barədə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, norveçli hücumçunun gələcəkdə ayrıla biləcəyini deyib:

"Holandın gələn yay gedib-getməyəcəyinə qərar verməmişik. Holand bir gün dünyanın ən böyük klubunda oynayacaq, amma buna hələ zaman var.

Kimsə narahat olmasın, onun yerinə yenə güclü hücumçu tapacağıq. Unutmasınlar ki, Rober tLevandovskini "Lex"dən (Poznan) biz tapıb gətirmişdik.

4 il bizdə oynadı və "Bayern"ə getdi. Dortmundlular narahat olmasınlar, yenə dünya çapında olan gənc ulduz tapacağıq".

Digər Xəbərlər
Xəbər Lenti