Müqavilə qarşılıqlı razılıq əsasında ləğv edildi - Nazarovun komandasında

21 Sentyabr 2021 14:20 Almaniya 1 068
Müqavilə qarşılıqlı razılıq əsasında ləğv edildi - Nazarovun komandasında

Almaniyanın "Ertsgebirge" klubu baş məşqçisi Aleksey Şpilevski ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı belaruslu mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

"Ertsgebirge" cari mövsüm II Bundesliqada 7 oyuna 3 xal toplayıb və sonuncu - 18-ci pillədə qərarlaşıb. Komandada Azərbaycan millisində oynamış Dmitri Nazarov da çıxış edir.

Aleksey Şpilevski "Ertsgebirge"yə iyunda baş məşqçi təyin olunub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM