Onları futbolçularını satmağa kim məcbur edir ki?

9 Sentyabr 2021 10:00 Almaniya 625
Onları futbolçularını satmağa kim məcbur edir ki?

“Bavariya”nın futbolçusu Tomas Müller klubun transfer siyasəti ilə bağlı verilən sualı cavablandırıb.

Sportinfo.az xəbər verir ki, jurnalist “Bavariya”nı digər klubların aparıcı futbolçularını almaqla rəqabəti zəiflətməkdə ittiham edib.

Amma Müller bu iradı qəbul etməyib:

“Heç də belə deyil. Heç kim onları məcbur etmir ki, futbolçularını satsınlar. PSJ və Mbappe nümunəsi var ortada.

Kilianı almaq istəyənlər olsa da, PSJ heç bir halda onu satmır. Biz də bütün klublar kimi istedadlı futbolçular axtarırıq. Təbii ki, büdcəmizə uyğun olanını.

Öz liqanda müxtəlif variantlar axtarmaq normaldır. Qızğın müzakirələrə səbəb olan transferlər həmişə olub. Bu da pis hal deyil”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!