"Niyə əvəzləmədim? Onu əsəbiləşdirməkdən qorxdum"

10 Avqust 2021 01:52 Almaniya 847
"Niyə əvəzləmədim? Onu əsəbiləşdirməkdən qorxdum"

Dortmund “Borussiya”sının baş məşqçisi Marko Rouz Almaniya kubokunda “Vehen”ə qarşı keçirdikləri oyunda hücumçu Erlinq Halandı əvəzləməməsinin səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Rouz norveçli futbolçunu əsəbiləşdirmək istəmədiyini deyib:

“Bir an Halandı əvəzləməyi düşündüm, ancaq tez fikrimi dəyişdim. Niyə Halandı əvəzləmədim? Onu əsəbiləşdirməkdən qorxdum.

O, sona qədər meydanda olmaq və çox qol vurmaq istəyir. İkinci hissədə əvəzetmələr edəndə Halandın meydanda qalmasının daha düzgün olduğunu başa düşdüm”.

Haland “Vehen” – “Borussiya” matçında het-trik edib. Qarşılaşma dortmundluların 3:0 hesablı qələbəsiylə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!