“Bavariya”nın hədəfindədir - Belçika millisinin 19 yaşlı üzvü

10 İyul 2021 12:20 Almaniya 513
“Bavariya”nın hədəfindədir - Belçika millisinin 19 yaşlı üzvü

Fransanın “Renn” klubunun və Belçika milli komandasının futbolçusu Jeremi Doku karyerasını Almaniyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, “Bavariya” 19 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Münhen klubunun yaxın zamanda Doku üçün “Renn”ə təklif göndərəcəyi bildirilir.

“Renn”lə müqaviləsi 2025-ci ilin yayına qədər olan Dokunun “transfermarkt”da dəyəri 22 milyon avrodur.

Doku Belçika yığması ilə AÇ-2020-də iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti