150 milyon avro zərər - Amma klubun ambisiyaları dəyişməyəcək

6 İyul 2021 15:20 Almaniya 921
150 milyon avro zərər - Amma klubun ambisiyaları dəyişməyəcək

Almaniya çempionu “Bavariya” planlaşdırılandan daha az qazanc əldə edib.

Sportinfo.az xəbər verir ki, Münhen klubunun zərəri 150 milyon avro olub.

Bu da qarşılaşmaların azarkeşlərsiz keçirilməsinə görə yaranıb.

“Bavariya”nın prezidenti Herbert Hayner bildirib ki, bu zərərə baxmayaraq, klubun ambisiyaları dəyişməyəcək. Klubun yeni icraçı direktoru Oliver Kan da məsələyə münasibət bildirib.

O deyib ki, azarkeşlərin stadionlara qayıtmasının tərəfdarıdırlar. Amma təhlükəsizliyin prioritet olaraq qaldığını da vurğulayıb.

Kan qeyd edib ki, növbəti mövsümdə də hədəfləri Bundesliqada qalib gəlməkdir:

“Bundesliqada dalbadal 10-cu titulu qazanmaq əsas hədəfimizdir. Avropanın böyük çempionatlarında belə uğuru hələ kimsə əldə etməyib”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu