"Böyük bir xəyal qırıqlığı yaşayırıq, futbolçular arasında səssizlik hökm sürür"

30 İyun 2021 19:10 Almaniya 793
"Böyük bir xəyal qırıqlığı yaşayırıq, futbolçular arasında səssizlik hökm sürür"

Almaniyanın baş məşqçisi Yoahim Löv AÇ-2020-nin 1/8 final mərhələsində İngiltərə yığmasına məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Löv, 0:2 hesabıyla uduzduqları görüşü belə şərh edib:

“Böyük bir xəyal qırıqlığı yaşayırıq. Futbolçular arasında səssizlik hökm sürür. Onlar da çox məyusdur. Daha çoxunu bacaracağımızı düşünürdüm.

Belə oyunlarda əlinizə düşən fürsətlərdən yararlanmalısız. Timo Verner və Tomas Müller şanslarını dəyərləndirsəydilər, indi başqa şeylərdən danışırdıq.

Hamı səhv edə bilər. Bir məşqçi inandıqlarına və bildiklərinə görə komandasını qurur. Bəzi futbolçuların dərs çıxaracağına və daha yaxşı olacaqlarına inanıram.

Növbəti turnirlərdə futbolçular daha yaxşı olacaqlar. Ölkədəki böyük çoşqunu bitirdiyimiz üçün məyusuq”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu