Millinin lideri bu günlərdə qərarını açıqlayacaq

30 İyun 2021 14:50 Almaniya 624
Millinin  lideri bu günlərdə qərarını açıqlayacaq

“Real”ın yarımmüdafiəçisi Toni Kroos milli karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, bu iddia ilə “Bild” nəşri çıxış edib.

Vurğulanıb ki, Almaniya millisinin lideri bu günlərdə qərarını açıqlayacaq. 31 yaşlı orta sahə oyunçusu Bundestimin AVRO-2020-nin 1/8 final mərhələsində İngiltərəyə məğlubiyyətindən (0:2) sonra belə qərar qəbul edib.

Toni Kroos 2010-cu ildən formasını geyindiyi Almaniya millisinin heyətində 106 oyuna çıxıb, 17 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti