Serxio Ramos "Bavariya"ya lazımdır?

29 İyun 2021 02:10 Almaniya 852
Serxio Ramos "Bavariya"ya lazımdır?

"Real"dan müqaviləsi bitdiyi üçün ayrılan futbolçu Serxio Ramos karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı müdafiəçinin xidmətində "Bavariya" maraqlıdır.

Münhen təmsilçisi David Alaba və Jerom Boatenqin gedişindən sonra təcrübəli arxa xətt oyunçusu axtarışındadır. Ramosun Almaniyaya yollanma ehtimalının adaptasiya və dil maneəsi üzündən az olduğu bildirilir.

Daha əvvəl ispaniyalı müdafiəçinin PSJ ilə müqavilə bağlamasının mümkünlüyü yazılıb.

Ramos "Real Madrid" formasını 2005-ci ildən geyinməyə başlayıb. O, 5 dəfə İspaniya çempionluğu, 2 dəfə ölkə kuboku, hərəyə 4 dəfə Superkubok və Çempionlar Liqası, 3 dəfə UEFA Super Kuboku və 4 dəfə klublararası dünya çempionluğu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti