"Əlbəttə, oynamadığım zaman məyus oluram"

17 İyun 2021 20:50 Almaniya 575
"Əlbəttə, oynamadığım zaman məyus oluram"

"Mükəmməl və keyfiyyətli komandamız var.

Fransa ilə qarşılaşma ən pis oyunumuz deyildi, amma daha çox şey edə bilərik.

Şənbə günü qələbə qazana biləcəyimizə inanırıq. Hücumda daha yaxşı oynamalıyıq, o zaman daha çox qol şansımız olacaq".

Sportinfo.az xəbər verir ki, bu sözləri Almaniya millisinin futbolçusu Emre Can Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda Portuqaliya ilə oyun öncəsi deyib.

O, məşqlərdə və matçlarda çox çalışdığını deyib: "Əlimdən gələni edirəm. Əlbəttə, oynamadığım zaman məyus oluram. Ancaq narahatlığımdan asılıq olmayaraq, həmişə komanda üçün çalışıram".

İyunun 19-u keçiriləcək Portuqaliya - Almaniya görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR