Bunadək heç bir almaniyalı qapıları səhv salmamışdı...

16 İyun 2021 09:10 Almaniya 685
Bunadək heç bir almaniyalı qapıları səhv salmamışdı...

Mats Hummels Almaniya millisinin tarixinə Avropa çempionatında avtoqola imza atan ilk oyunçu kimi düşüb.

Sportinfo.az xəbər verir ki, müdafiəçi AVRO-2020-nin Fransa ilə görüşünsə öz qapısına qol vurub.

Bunadək heç bir almaniyalı qitə çempionatında qapıları səhv salmamışdı. AVRO-2020-də isə 3-cü avtoqol qeydə alınıb.

Türkiyəli Merih Demiral İtaliya, polşalı Voytseh Şensnı Slovakiya ilə görüşdə qapıları səhv salıb. Əgər daha bir belə hadisə qeydə alınsa, Avropa çempionatlarında yeni avtoqol rekordu qeydə alınacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!