"Buna görə gecələr rahat yata bilirəm - Risk etmək istəmirik"

15 İyun 2021 20:50 Almaniya 742
"Buna görə gecələr rahat yata bilirəm - Risk etmək istəmirik"

Almaniya millsinin baş məşqçisi Yoahim Löv Avro-2020-nin final məərhələsinin ilk turunda Fransa ilə matç öncəsi fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 61 yaşlı mütəxəssis komandasındakı atmosferin yüksək səviyyədə olduğunu deyib:

"Komanda ruhu və atmosferi heyrətamizdir. Hər şey çox yaxşıdır. Bütün oyunçular qələbə qazanmaq üçün acdırlar.

Həqiqətən uğur qazanmaq istəyirlər. Bu, mənə inam verir və gecələr rahat yatmağımı təmin edir. Yalnız Conas Hofmann komandadan kənarlaşdırıldı.

Leon Qoretzka isə yığmada onsuz da 4-5 dəfə məşq etdi. Ümumiyyətlə, onun vəziyyəti ilə bağlı xoş təəssüratımız var.

Risk etmək istəmirik, amma Leona son məşqdən sonra danışacağımızı söyləmişdim. Uzun fasiləyə görə, o, ilk start heyətdə meydana çıxmayacaq.

Amma ehtiyat oyunçular skamyasında oturub-oturmayacağına və Fransa ilə matçda bir neçə dəqiqə oynayıb-oynamayacağına qərar verəcəyik.

Fransa – Almaniya görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti