"Heç kimin bacarmadığına nail olmağa çalışıram"

31 May 2021 18:20 Almaniya 901
"Heç kimin bacarmadığına nail olmağa çalışıram"

"Bavariya"nın ulduz Robert Levandovski Bundesliqada Herd Müllerin rekordunu qırması barədə danışıb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı hücumçu yarışın 1 mövsümündə 41 qol vurmaqla turnirin indiyədək ən yaxşı göstəriciyə sahib olan oyunçusu Herd Mülleri (40 qol) geridə qoyub və yeni rekord müəyyənləşdirib.

Polşalı bu uğuru ilə bağlı goal.com-a açıqlamasında deyib: "Mən sırf bir neçə rekorda köklənməmişəm. Yeni şanslar yarananda heç kimin bacarmadığına nail olmağa çalışıram və bu, məni irəliləməyə həvəsləndirir.

Fikrimcə, sevdiyin işi görsən, ağlasığmaz hədəflərə çata bilərsən. Düzü, heç kimin bu rekorda yaxınlaşmayacağını düşünürdüm. Üstəlik, zədə səbəbindən bir neçə oyunu buraxdığımı nəzərə alaq. Ümumiyyətlə, bu rəqəmlərin böyüklüyünün fərqinə varmıram".

Levandovski Bundesliqanın 2020/21 mövsümündə 29 matçda 41 qol vurub və 7 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"