O, klub rəhbərliyindən müqaviləsinin ləğvini xahiş etdi

19 Aprel 2021 00:28 Almaniya 724
O, klub rəhbərliyindən müqaviləsinin ləğvini xahiş etdi

“Bavariya”nın baş məşqçisi Hans-Diter Flik mövsümün sonunda komandanı tərk etməyə qərar verib.

Sportinffo.az xəbər verir ki, almaniyalı mütəxəssis bu barədə Bundesliqanın 29-cu turunun “Volfsburq”la matçından (3:2) sonra məlumat verib.

O, klub rəhbərliyindən müqaviləsini ləğv etməyi xahiş etdiyini deyib.

56 yaşlı çalışdırıcının Münhen təmsilçisinin idman direktoru Hasan Salihamidziçlə münasibətləri qaydasında deyil. Flikin növbəti iş yerinin Almaniya yığması olacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti