Məşhur klub yeni baş məşqçisinin adını açıqladı

14 Aprel 2021 00:00 Almaniya 726
Məşhur klub yeni baş məşqçisinin adını açıqladı

"Borussiya"nın (Mönhenqladbax) yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, komandanı bundan sonra hazırda "Ayntraxt"a rəhbərlik edən Adolf Hütter çalışdıracaq.

Onunla 2024-cü ilin iyununa kimi müqavilə imzalanıb.

51 yaşlı mütəxəssis iyunun 30-dan sonra işinə başlayacaq. O, bu postda Dortmund "Borussiya"sına keçəcək Marko Rozeni əvəzləyəcək.

Hütter 2018-ci ildən "Ayntraxt"ı çalışdırır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti