Tanınmış futbolçu Bundesliqa klubunun baş məşqçisi olacaq

23 Mart 2021 12:20 Almaniya 1 041
Tanınmış futbolçu Bundesliqa klubunun baş məşqçisi olacaq

Cari mövsümün sonunda baş məşqçisi Marko Roze ilə vidalaşacağı dəqiqləşən "Borussiya"ya (Mönxenqladbax) kimin başçılıq edəcəyi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisinin sükanı arxasına İspaniya millisinin və "Real Madrid"in sabiq futbolçusu Xabi Alonso keçəcək.

Artıq tərəflər arasında ilkin razılığın əldə olunduğu bildirilir.

Futbolçu kimi "kral klubu"ndan başqa, İngiltərə "Liverpul"u və Almaniya "Bavariya"sında da çıxış etmiş 40 yaşlı veteran yarımmüdafiəçi məşqçilik karyerasına Madrid təmsilçisinin U-14 komandasında başlayıb.

İspaniyalı mütəxəssisin son klubu "Real Sosyedad"ın əvəzedici kollektivi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti