17 milyonluq transfer

23 Mart 2021 00:14 Almaniya 432
17 milyonluq transfer

"Leyptsiq" yeni transferini açıqlayıb.

Sportinffo.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın "Strasburq" klubunun mərkəz müdafiəçisi Məhəmməd Simakanı transfer edib.

Fransalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, yeni klubuna iyulun 1-də qoşulacaq. "Öküzlər" bu keçid üçün 17 milyon avro təzminat ödəyib.

Simakan "Strasburq" yetirməsidir. 20 yaşlı futbolçu bu mövsüm Liqa 1-də keçirdiyi 19 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti