Millimizin sabiq baş məşqçisi Lövə məsləhət verdi: "Ürəyinizin səsinə qulaq asın"

14 Mart 2021 20:20 Almaniya 730
Millimizin sabiq baş məşqçisi Lövə məsləhət verdi: "Ürəyinizin səsinə qulaq asın"

"Lövün yerində olsam, bütün klubların təklifini rədd edərdim.

O, milli komandada işləməyə öyrəşib. Hansısa liqada gündəlik iş stresi yaşamaq məcburiyyətində deyil".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts "T-online" nəşrinə açıqlamasında AVRO-2020-nin sonunda Almaniya yığmasından ayrılacağını açıqlayan Yoahim Lövün qərarına münasibət bildirərkən deyib.

75 yaşlı mütəxəssis həmyerlisinə ABŞ və ya İsveçrə millisinin sükanı arxasına keçməyi məsləhət görüb: "Bu, əla olardı. Hər iki yığmanın böyük potensialı var.

Təbii ki, Almaniya millisindəki uğurlar təkrarlamaq asan olmayacaq. Amma bu, Lövün karyerasının sonunda əla dayanacaq ola bilər".

Foqtsun fikrincə, 61 yaşlı mütəxəssis qərar vermək üçün tələsməməlidir: "İş hər zaman var. Həmişə ürəyinizin səsinə qulaq asın. Futbol dünyasına qayıtmaq istəsəniz, həyəcanverici layihə axtarın".

Berti Foqts 2008 - 2014-cü illərdə Azərbaycan millisinə başçılıq edib.

Digər Xəbərlər
Xəbər Lenti