Tanınmış məşqçi postunu tərk edəcək - AÇ-2020-dən sonra

9 Mart 2021 18:20 Almaniya 654
Tanınmış məşqçi postunu tərk edəcək - AÇ-2020-dən sonra

Almaniya millisinin baş məşqçisi Yoahim Löv AÇ-2020-dən sonra postunu tərk edəcəyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, onun müqaviləsi DÇ-2022-nin final mərhələsindən sonra bitsə də, mütəxəssis federasiyadan bunun 1 il geri çəkilməsini xahiş edib.

Rəhbərlik onun xahişini nəzərə alıb. "Bu addımı çox diqqətli və qürurlu atdım. Avropa çempionatına böyük motivasiya ilə gedəcəyimdən kimsə şübhə etməsin.

Çox xüsusi və qürurverici işdə çalışdım. Təxminən 17 il Almaniyanın ən böyük futbolçuları ilə birgə işləmək fürsəti qazandım və özlərini inkişaf etdirməyə dəstək oldum.

Böyük zəfərlər və acı günlər yaşadıq. Tək DÇ-2014-ü qazanmağımız deyil, bir çox unudulmaz anlar oldu. Bu fürsətlər üçün federasiyaya təşəkkür edirəm", - deyə Löv qeyd edib.

61 yaşlı mütəxəssis 2004-2016-cı illərdə millidə məşqçi kimi çalışıb. O, 2006-cı ildən yığmanın "sükanı arxası"na keçib.

Almaniya millisi onun rəhbərliyi ilə 2014-cü ildə keçirilən dünya çempionatının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"