“Bavariya”dan ayrılmaq istəyir – NARAZIDIR

9 Mart 2021 00:28 Almaniya 785
“Bavariya”dan ayrılmaq istəyir – NARAZIDIR

Alman qapıçı Aleksandr Nübel “Bavariya”dan ayrılmaq istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

24 yaşlı futbolçu oyun praktikasının azlığından narazıdır və yayda komandanı tərk etmək niyyətindədir.

Ötən il “Şalke”dən “Bavariya”ya keçən Nübel bu mövsüm iki oyuna çıxıb. Qapıçının klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti