Bu gün “ayrılıram” deyəcək,  “Real”a gedir

16 Fevral 2021 18:20 Almaniya 605
Bu gün “ayrılıram” deyəcək,  “Real”a gedir

“Bavariya”nın müdafiəçisi David Alaba gələcək karyerası ilə bağlı qəti qərar qəbul edib.

Sportinfo.az xəbər verir ki, Alaba “Bavariya”da yarılır.

O, mövsümün sonunda komandanı tərk edəcək. Bu barədə açıqlamanı isə bu gün verəcəyi gözlənilir. Avstriyalı futbolçunun “Real”a keçəcəyi deyilir. Onun Madrid klubu ilə razılığa gəldiyi iddia olunur.

Tərəflər arasında danışıqlar bu ilin yanvar ayından başlamışdı. Davidin “Real”la 2025-ci ilin yayına qədər müqavilə bağlayacağı da bildirilir.

Alabanın Bavariya” ilə müqaviləsi bu ilin yayında başa çatır. Ona görə də 28 yaşlı futbolçu “Real”a havayı başa gələcək.

Digər Xəbərlər
Xəbər Lenti