“Bu, “Bavariya” tarixindəki ən yaxşı mövsümdür” – Flik

13 Fevral 2021 01:38 Almaniya 785
“Bu, “Bavariya” tarixindəki ən yaxşı mövsümdür” – Flik

Klublararası dünya çempionatının final matçında “Tiqres”ə (Meksika) 1:0 hesabı ilə qalib gələrək çempion olan “Bavariya”nın baş məşqçisi Hans-Diter Flik açıqlama verib.

Sportinfo.az xəbər verir ki, alman mütəxəssis çempion olduqları oyunla bağlı bunları deyib:

“Komandamız tarixi uğura imza atdı. Bu, “Bavariya” tarixindəki ən yaxşı mövsümdür. “Bavariya” inanılmaz performans göstərdi.

Finalda qələbəyə layiq idik. Komandanın zehniyyəti, oyuna yanaşması mükəmməl idi”.

Digər Xəbərlər
Xəbər Lenti