“Bavariya” futbolçusunu uzaqlaşdırdı – Döyməyə görə

31 Yanvar 2021 21:40 Almaniya 762
“Bavariya” futbolçusunu uzaqlaşdırdı – Döyməyə görə

“Bavariya” futbolçusu Korentin Tolissonu əsas komandadan uzaqlaşdırıb.

Sportinfo.az xəbər verir ki, buna futbolçunun döymə elətdirməsi səbəb olub.

Koronavirusla bağlı qaydaları pozaraq döymə elətdirən 26 yaşlı futbolçu əsas komandadan uzaqlaşdırılıb və ona pul cəzası verilib.

Klubun idarə heyətinin sədri Karl-Haynts Rummenigge də məlumatı təsdiqləyib və futbolçunun cərimə müqabilində verəcəyi pulu xeyriyyə təşkilatına bağışlayacaqlarını açıqlayıb.

Fransalı futbolçu cari mövsümdə Bundesliqada 12 oyunda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"