Qayıtdı, özünə iki köməkçi götürdü - Bu komandanı yenə o çalışdıracaq

14 Oktyabr 11:20 I Divizion 2 094
Qayıtdı, özünə iki köməkçi götürdü - Bu komandanı yenə o çalışdıracaq

I Liqada mübarizə aparan «Difai»ni növbəti oyunlara kimin çıxaracağı müəyyənləşib.

«Fədailər» növbəti dəfə Aydın Qasımova tapşırılıb.

O, özünə iki köməkçi götürüb. Sabir Hacıəliyev və Davud Ələsgərov adıçəkilən çalışdırıcının korpusunda yer alıb.

Qasımovun köhnə-yeni vəzifəsində ilk matçı «Şahdağ»a qarşı olacaq. Qusar təmsilçisi ilə görüş oktyabrın 16-da Ağsu şəhər stadionunda keçiriləcək.

Oktyabrın 3-də «Difai»də növbəti dəfə baş məşqçi ayrılığı gerçəkləşib. Hüseynqulu Quliyev «Cəbrayıl» ilə keçirilən matçdan (0:4) sonra vəzifəsini tərk eləyib.

Avqustda sükan arxasına keçmiş sükançı öz istəyi ilə postundan gedib. Səbəb komandanın mövsümə uğursuz start verməsidir.

Sezona «Baku Sproinq»lə səfər heç-heçəsiylə (2:2) başlayan kollekttiv axır 3 turda məğlubiyyətlə üzləşib.

«Səbail»ə 1:2 və «Mingəçevir»ə 0:2 hesabıyla yeniliblər. Dörd turun yekununa əsasən, «Difai» turnir cədvəlində 10-cu - sonuncu pilləyə yuvarlanıb.

Aşağı liqada üçüncü mövsümünü keçirən Ağsu təmsilçisi ötən müddətdə 8 baş məşqçi dəyişib.

Hüseynqulu Quliyevdən öncə burada Paşa Əliyev, Elgiz Kərəmli, Adil Mahmudov, Xaqani Məmmədov, Aydın Qasımov, Kərim Diniyev və Araz Bağırov çalışıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?